Bazel 2 –bank nəzarətinin əsas qanunu

İnkişaf etmiş dövlətlərin Mərkəzi Banklarının birlikdə təşkil etdikləri qurum olan Beynəlxalq Hesablaşmalar Bankı (BİS – “Bank for İnternational Settlements”) 1974-cü ildə İsveçrənin Bazel şəhərində “Bazel Komitəsi”ni təsis etdi. 1988-ci ildə bu təşkilat bəyan etdi ki, bankların iqtisadiyyatda baş verəcək böhranlara qarşı dayanıqlı olmasını təmin etmək üçün bankların məcmu kapitalının riskli aktivlərə nisbətinin 8%-dən az olmaması vacibdir.

Beləliklə elə həmin ildə “Bazel-I” Sazişi adı altında kapital adekvatlığı ilə bağlı beynəlxalq standartlar toplusu yayımlandı. Bu standartlar bankların əməl etmələri vacib hesab edilən kriterilər müəyyən edir. Sonrakı illərdə texnologiyanı inkişafı sayəsində banklar fərqli risk mənbələrini daha effektiv şəkildə müəyyən edə bildi və İqtisadi Kapitalın Paylanması (Economic Capital Allocation) metodologiyasını istifadə edərək, bazardakı risklərin həcminə görə müvafiq olan kapitalı ayıra biləcək səviyyəyə çatdı. Növbəti illərdə bazarda baş verən böhranların nəticəsi olaraq, Bazel Komitəsi 1996-cı ildə yeni bir saziş üzərində işləməyə başladı. Yeni sazişin əsas məqsədi bank sektorundakı inkişafa uyğunlaşmaq və eyni zamanda, risklərə uyğun olaraq kapitalın yerləşdirilməsində banklar üçün əsas olan qanunları həyata keçirməkdən ibarətdir. İlk versiyası 1999-cu ildə tamamlanan “Bazel-II” sazişinin üçüncü versiyası (Basel 3rd Consultative Paper) versiyasının da 2003-cü ildə yayımlanmış, lakin icra edilməyə isə öncədən planlaşdırıldığı kimi 2007-cı ilin əvvəlindən etibarən başlanmışdı.

Bazel 2 nədir ?

Yeni Bazel Kapital Sazişi (Bazel 2), bankların kapital adekvatlığının ölçülməsi və qiymətləndirilməsi ilə bağlı Bazel Bank Nəzarəti Komitəsi (Basel Committee on Banking Supervision – BCBS) tərəfindən yayımlanan və bir çox dövlətlərdə tətbiq edilən standartlar toplusudur.

“Bazel 2” banklarda risklərin effektiv idarə edilməsini və bazar intizamını inkişaf etdirmək, həmçinin kapital adekvatlılığının ölçülməsinin effektivliyini artırmaq və bunun əsasında sağlam bank sistemi qurmaq, eyni zamanda maliyyə sabitliyinin təmin edilməsinə yardım etmək baxımında olduqca mühüm amildir. “Bazel 2” özündə kapital öhdəliyinin necə hesablanması, məruz qalınan risklərin necə idarə olunması, kapital adekvatlığının necə qiymətləndirilməsi və ictimaiyyətə necə açıqlanması ilə bağlı göstərişləri əhatə edir.

“Bazel 2” prosesi əslində risklərin idarə edilməsi ilə bağlı son illərdə müşahidə olunan inkişafın bir davamıdır və inkişaf etmiş dövlətlərdə sektor standartı olaraq həyata keçirilən metodlar “Bazel 2” ilə birlikdə qanun formasını almışdır. Yeni Bazel Kapital Sazişi – “Bazel 2” adı ilə artıq qeyd etdiyimiz kimi 2007-ci ili əvvəllərindən etibarən tətbiq edilməsi planlaşdırılan bu standartlar bankların kredit siyasətində, risklərin idarə edilməsini ön plana çıxarır.

“Bazel 2” ilə birlikdə bütün banklar risklərini qiymətləndirəcək və daşıdıqları riskləri kreditlərin faiz dərəcəsində əks etdirəcəklər. “Bazel 2”-nin ən mühüm dəyişikliklərdən biri də xarici dövlətlərdən borc alınan zaman ölkə reytinqinin əsas götürülməsidir. “Bazel 1” də İƏİT-yə üzv olan dövlətlər arasında heç bir fərq qoyulmur. Lakin, “Bazel I1”-də dövlətlərin reytinqi mütləq nəzərə alınır və bu amil isə reytinqi aşağı olan bütün dövlətlər üçün xarici ticarətin maliyyələşdirilməsində və xarici dövlətlərdən borc alınan zaman bir sıra problemlərin (məsələn, kredit faizinin artırılması) meydana çıxmasını şərtləndirir.

Bazel 2 üç əsas mövzunu əhatə edir

1) Kapital Adekvatlığı Standartları
2) Nəzarət və Tənzimləmə Standartları
3) Bazar İntizamı Standartları

“Bazel 2”-də, “Bazel-I”-də qəbul edilən kredit və bazar risklərinə əlavə olaraq, əməliyyat riski də kapital adekvatlılığının hesaplanmasına daxil edilmişdi.

Üç ayrı səviyyədə həyata keçirilə biləcək bu standartlar, səviyyələr artdıqca texnoloji bazanın zəruriliyini və tətbiq edilmə zamanı ortaya çıxacaq problemləri özü ilə birlikdə gətirir. Qeyd olunduğu kimi, bu standartların tətbiq edilməsində yaşanan problemlər səbəbindən ABŞ-da daxil olmaqla bir çox dövlətlərdə, standartlara bütün bankların deyil, sadəcə sistemdəki böyük bankların riayət etməsi məsələsi mübahisə mövzusudur.

a) Standart Yanaşma (Standardized Approach)
b) Daxili Reytinq Yanaşması (IRB Approach)
c) Mürəkkəb Yanaşma (Advanced Approach)

“Bazel-I” kriteriyalarına əsasən bankların kredit riskləri ilə bağlı daha yüksək standartlar tətbiq edərkən, kredit verilən şirkətlərin də yeni standartlara görə risklərini qiymətləndirməsi vacib hesab olunurdu. Bankların kredit əməliyyatları iki baxımdan risklərin qiymətləndirməsini vacib edir: 1. Kredit verilən şirkətlərin riski (firmanın balansı, kapital adekvatlığı, mənfəət və zərər cədvəli, idarəetmə və təşkilati strukturu, məhsul/xidmət inkişafı, idxalat- ixracat, bazar payı və başqa bu kimi keyfiyyət faktorlarının da qiymətləndirilməsi ilə “firma reytinqi” hesablanaraq tapılmalı idi); 2. Kredit əməliyyatlarının növü ilə bağlı risk (əməliyyatın forması, təminat, vaxt, pul vahidi). Verilən kreditin ümumi riski isə bu iki risk qiymətləndirməsinin nəticəsində ortaya çıxır.

“Bazel 2-“nin “Bazel 1”-dən əsas fərqi nədir ?

1) “Bazel 1”-də yer alan kredit riski baxımından kapital öhdəliyinin İƏİT-ə üzv olub-olmaması kriteriyalarına görə təyin edilməsi prinsipinə əsaslanan “klub qaydası (club rule)” “Bazel 2”-də ləğv edilib. “Bazel 1”-də İƏİT-yə üzv dövlətlər 0%-li, üzv olmayan dövlətlər isə 100%-li risk qrupuna aid edilir. “Bazel 2”-də isə bu tamamilə aradan qalxıb.

“Bazel 2” də gözlənilən risklərlə bərabər gözlənilməyən risklər üçün də minimum kapital tələb edilir. Burada əsas məqsəd, bankların nəzarətinə maksimum əhəmiyyət vermək, risklərin idarəedilməsini gücləndirmək, bazar intizamı və kreditlər üzrə ödənişlərin hesablanmasında standartlara çatmaqdır.

2) “Bazel 1”-də kredit riski, krediti alan tərəflərin reytinqlərinə görə təyin edilir. “Bazel 2”-də isə daha mütərəqqi metodlar istifadə olunur. Bu zaman müstəqil reytinq agentlikləri (məsələn Standard & Poors, Fitch, Moodys və s.) tərəfindən verilən reytinqlər ilə yanaşı, həm də banklara nəzarət orqanlarından icazə almaq şərti ilə, bankların öz qiymətləndirmələrinə də əsaslanmaq mümkündür.

3) “Bazel 1”-də yalnız kredit və bazar riskləri üçün kapital adekvatlığı mövcuddur. “Bazel 2” –də isə buna əlavə olaraq əməliyyat riski üçün də kapital öhdəliyi daxil edilmişdir. “Bazel-II”-də əməliyyat riski, qeyri-qənaətbəxş və ya ləng gedən daxili proseduralar, eyni zamanda, insanlar, sistemlər və kənar hadisələr nəticəsində ortaya çıxa biləcək zərərlər də risk olaraq bilinir (məsələn, mənimsəmə, zəlzələ, və məlumatın işlənməsi zamanı baş verən xətalar nəticəsində meydana çıxan zərərlər) və banklardan bu risklər üçün də adekvat səviyyədə kapitalla təmin olunmaları tələb olunur.

4) “Bazel 2” də bankların kapital adekvatlıqlarını özlərinin qiymətləndirmələri istənilir və həm kapital adekvatlığı həm də bankların özlərini qiymətləndirmə prosesinə bank nəzarəti orqanları tərəfindən nəzarət edilməsi və qiymətləndirilməsi də tələb olunur.

5) “Bazel 2” çərçivəsində kapital adekvatlığı ilə əlaqədar olaraq, “Bazel 2”-yə aid ətraflı məlumatların ictimaiyyətə açıqlanması tələb edilir. “Bazel 1”-də isə bu tələb yoxdur.

Qeyd edək ki Azərbaycan bank sistemi hələki Bazel I tətbiq edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.