13 C
Baku
Monday, November 3, 2025

Bakıda restoranda E.Coli tapıldı — soyuq yeməklərin satışı dayandırıldı

Daxil olan müraciət əsasında Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 21F ünvanında yerləşən “GK Fish Farm” MMC-yə məxsus “Tut” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları yoxlama keçirib.

Banker.az xəbər verir ki, baxış zamanı ictimai iaşə müəssisəsində emal olunan “paytaxt” salatından nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Sınaq nəticəsində E.Coli göstəricisinin miqdarı normativ sənədlərin tələblərinə uyğun olmayıb.

Aşkarlanan nöqsanla əlaqədar restoranda soyuq qəlyanaltıların emalı məhdudlaşdırılıb, vəzifəli şəxsi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən icraata başlanılıb.

E.Coli (Escherichia coli) — insan və heyvanların bağırsaqlarında təbii şəkildə yaşayan bakteriya növüdür. Əslində, onun bir çox növləri ziyansızdır və hətta bağırsaq mikroflorasının normal fəaliyyəti üçün faydalı rol oynayır.

Amma bəzi növləri (xüsusilə E.Coli O157:H7, O104:H4 kimi ştammlar) xəstəlik törədən patogen bakteriyalardır və qida zəhərlənməsinə, ishal, qarın ağrısı, qusma, qızdırma kimi əlamətlərə səbəb ola bilər.

Son xəbərlər
Digər xəbərlər