“Bank BTB” 2020-ci ilin üçüncü rübünü 442 min manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəəti 3 milyon 999 min manat olub. Belə ki, bankın mənfəəti illik müqayisədə 9 dəfə azalıb.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
FAİZ GƏLİRLƏRİ ARTIB
2020-ci ilin 9 ayında “Bank BTB”nin faiz gəlirləri 19 milyon 735 min manat (23% çox), qeyri-faiz gəlirləri 3 milyon 204 min manat (30.5% az), faiz xərcləri 10 milyon 375 min manat (19% çox), qeyri-faiz xərcləri 11 milyon 163 min (5.3% çox) manat olub.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERDİYİ KREDİT ARTIB
30 Sentyabr 2020-ci il tarixində “Bank BTB” 355 milyon 834 min manat aktivlərə malik olub ki, bu da illik müqayisədə aktivlərin 14% artması deməkdir. Bunun 214 milyon 176 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, bankın kredit portfeli 15,2% böyüyüb.
DEPOZİT PORTFELİ BÖYÜYÜB
Bu ilin 9 ayı ərzində bankın cəmi öhdəlikləri ötən ilin analoji dövrüylə müqayisədə 15,4% artaraq 291 milyon 135 min manat təşkil edib. 2019-cu ilin yanvar-sentyabr aylarında “Bank BTB”nin cəmi öhdəlikləri 252 milyon 357 min manat olub. Bankın depozit portfeli isə 127 milyon 14 min manat olub. (6.2% artım).
KAPİTALI ARTIB
30 Sentyabr 2020-ci il tarixində “Bank BTB” 64 milyon 699 min manat cəmi kapitala malik olub. Bank ötən ilin eyni dövründə 59 milyon 600 min manat kapitala malik idi. Beləliklə, “Bank BTB”nin kapitalı 8.6% artıb.
Bildirək ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 66,45 milyon manatdır. Bankın səhmlərinin 74.99%-i Nigar Mehdiyevaya, 19.01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.