Bu gün, iyunun 24-də “Boston Consulting Group” (BCG) konsaltinq şirkəti qlobal sərvətin dinamikası (bütün aktivlərin dəyəri) üzrə illik hesabatını dərc edib. Beləliklə, ötən il dünyada ümumi sərvətin 305 trilyon dollara çatdığı bildirilir. Bu, əvvəlki illə müqayisədə 4.4% çoxdur, lakin əvvəlki beş ildə göstərilən 5.1% orta illik artım tempindən azdır.
Regionlar arasında sərvətdə ən əhəmiyyətli artım Şimali Amerikada qeydə alınıb və 15.3% təşkil edib. İkinci yerdə Asiya-Sakit okean regionu (+10.7%), üçüncü yerdə isə Mərkəzi Asiya-Şərqi Avropa regionu (+8.4%) dayanır. Keçən il ən pis göstəricilər Latın Amerikası (-9.3%) və hesabatda ayrıca region kimi seçilən Yaponiyada (+1.9%) olub.
BCG analitikləri qeyd edirlər ki, Asiya-Sakit Okean regionu yaxın illərdə böyük inkişaf potensialına malikdir: 2029-cu ilə qədər orta illik təxminən 9% artım gözlənilir ki, bu da Şimali Amerika (+4%) və Qərbi Avropa (+5%) ilə müqayisədə yüksəkdir.