1 C
Baku
Saturday, December 14, 2024

“BDO Azerbaijan” audit şirkəti “Sumqayıt Texnologiyalar Parkı” ilə bağlı məhkəməyə üz tutub

Dünyaca məşhur “BDO” audit və konsaltinq brendinin Azərbaycandakı törəmə şirkəti – “BDO Azerbaijan” MMC Sumqayıt Kommersiya Məhkəməsinə (SKM) müraciət edib.

Banker.az saytının xəbərinə görə, müraciət edərək şirkət “Sumqayıt Texnologiyalar Parkı” MMC-ni “pul tələbi ilə iddia qaldırıb.

İddia olunan dəqiq olaraq hansı məbləğdə olması haqda dəqiq bir məlumat verilmir.

Lakin, SKM hesab edib ki, iddiaçı “BDO Azerbaijan” MMC cavabdeh şirkət tərəfindən qəbul edilmiş sənəd üzrə sübut məhkəməyə təqdim edilmir.

Xatırladaq ki, STP 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 225,87 milyon manatdır. Şirkət İqtisadiyyat Nazirliyinə məxsus “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidentidir.

Son xəbərlər
Digər xəbərlər