23 C
Baku
Saturday, April 20, 2024

BDU-da Himayəçilər Şurası yaradılacaq, orta ixtisas təhsili həyata keçiriləcək

Bakı Dövlət Universitetində (BDU )orta ixtisas proqramları tədris olunacaq.

Bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Bakı Dövlət Universitetinin Nizamnaməsi”ndə əksini tapıb.

Nizamnaməyə əsasən, publik hüquqi şəxs statuslu BDU-nun fəaliyyət istiqamətlərinə bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması, magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi, doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi, orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi və  elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması daxildir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər