Bakı Dövlət Universitetinin (BDU) nizamnamə kapitalı 50 mln.manat məbləğində müəyyən edilib.
BDU-nun Nizamnaməsi Nazirlər Kabineti tərəfindən təsdiq edilib.
Nizamnaməyə əsasən, universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsait yalnız təhsilin inkişafına, müəssisənin maddi-texniki bazasının inkişafına yönəldilməlidir. Universitetin büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaitin ən azı 40%-i təhsilverənlərin və tələbələrin sosial müdafiəsinə sərf olunmalıdır.
Universitetin strateji inkişaf məsələləri üzrə idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən Himayəçilər Şurasıdır. Himayəçilər Şurasının tərkibini azı 3 nəfər olmaqla, Azərbaycan Respublikasının Təhsil Nazirliyi təsdiq edir.
BDU-da siyasi partiya və dini təşkilatların yaradılması qadağan edilir.
Universitetin fəaliyyəti dövlət və kommersiya sirrinin, eləcə də gizli rejimin qorunması ilə bağlı tədbirlərdən ibarətdir.
©İnterfaks-Azərbaycan