“Kliniki Tibbi Mərkəzdə karantinə alınan BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Youshadır. Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb”.
Bu barədə Bakı Dövlət Universitetinin Mətbuat xidmətindən bildirilib.
Məlumatda bildirilir ki, tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb: “Onu da qeyd edək ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTX-yə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti olmayıb.
Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.
Bakı Dövlət Universitetində coxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və Universitet rəhbərliyinin diqqətində saxlanılır”.