8 C
Baku
Wednesday, January 7, 2026

BDU-nun tədris binası 23.5 milyon manata əsaslı təmir ediləcək

BDU-da 23.5 milyon manatlıq əsaslı təmir layihəsi həyata keçiriləcək.

Banker.az xəbər verir ki, “Bakı Dövlət Universiteti” Publik Hüquqi Şəxsi Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi, 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili, 1 nömrəli tədris binasının əsaslı təmiri ilə bağlı satınalma həyata keçirir.

Satınalma çərçivəsində təmir işlərini “Koneks Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti icra edəcək. Layihənin ümumi dəyəri 23 489 887.57 manat təşkil edir.

Son xəbərlər
Digər xəbərlər