Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi “N1 Trade” MMC ilə 4.4 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2023-cü ilin tələbatına uyğun olaraq yol nişanlarının, yol cizgi boyasının, mal-materialların, iş geyimlərinin və iş alətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 4.362.554 manatdır.
Xatırladaq ki, “N1 Trade” MMC 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Şahin Abdulhəmidovdur.