19 C
Baku
Sunday, May 19, 2024

BEA: 2023-cü ildə bərpa olunan enerji istehsalı 30 faiz artacaq

2023-cü ildə bərpa olunan mənbələrdən qlobal enerji istehsalı 30 faizədək artacaq.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında deyilir.

“Bərpa olunan mənbələrdən qlobal enerji istehsalının 107 qiqavat artacağı gözlənilir ki, bu da bütün tarix boyu ən sürətli sıçrayışdır”, – deyə agentlikdən bildirilib. Mütəxəssislərin proqnozuna görə, 2023-cü ildə yaşıl enerjinin həcmi 440 qiqavatdan çox olacaq.

Məruzəyə əsasən, bərpa olunan enerjinin üçdəiki hissəsi günəş fotoelektrik qurğularının payına düşəcək. Külək enerjisində artım isə təxminən 70 faiz təşkil edəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, həm bu il, həm də 2024-cü ildə yaşıl enerji istehsalında qlobal artımın 50 faizdən çoxu ÇXR-in payına düşəcək.

Avropa ölkələri Rusiyadan enerji asılılığını azaltmaq qərarından sonra alternativ enerji sahəsini inkişaf etdirir. “Qlobal enerji böhranı enerji təminatını daha əlçatan etmək üçün bərpaolunan enerji mənbələrinin həlledici əhəmiyyətə malik olduğunu göstərdi. Hökumətlər artıq onların sürətli tətbiqi üçün səylər göstərməyə başlayıb”, – deyə məruzədə bildirilir.

Bir müddət öncə BEA 2023-cü ildə yaşıl energetikaya qoyulan sərmayələrin 1.7 trilyon dollara çatacağını proqnozlaşdırmışdı ki, bu da 2021-ci illə müqayisədə 24 faiz çoxdur. Eyni zamanda neft-qaz sahəsində illik xərclər öncəki illə müqayisədə 15 faiz artaraq 1 trilyon dollar təşkil edəcək.

MənbəAzertac
Son xəbərlər
 ⁠
Digər xəbərlər