13 C
Baku
Friday, November 15, 2024

BEA 2024-cü ildə qlobal qaz tələbatının 2.5 faiz artacağını proqnozlaşdırır

Qlobal qaz tələbatı 2024-cü ildə 2,5 faiz artaraq 4,19 trilyon kubmetrə çata bilər.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) qaz bazarına dair hesabatında deyilir.

“Qlobal qaz tələbatının 2024-cü ildə 2,5 faiz (və ya 100 milyard kubmetr) artacağı proqnozlaşdırılır. Biz idxalçı bazarlardakı artımın qlobal LNG tədarüklərindəki məhdud artımlarla məhdudlaşdırılacağını gözləyirik və bunun yalnız 3,5 faiz artması gözlənilir”, – deyə məlumatda bildirilir. Qaza tələbatın artmasının sənaye, eləcə də yaşayış və ticarət sektorları üzrə istehlakdan qaynaqlanacağı gözlənilir.

BEA-nın proqnozuna görə, Asiya-Sakit Okean regionunda qaza tələbat 2023-cü ilə nisbətən 4 faiz artacaq, buna sənaye fəaliyyəti və enerji sektorunda daha çox qaz istehlakı səbəb olacaq. Şimali Amerikada qaz istehlakı artımı 1,5 faiz, Mərkəzi və Cənubi Amerikada isə 1 faiz təşkil edəcək.

Avropada qaza tələbat 3 faiz artacaq. Lakin 2021-ci il səviyyəsindən 20 faiz aşağı olacaq. Afrika və Yaxın Şərq bazarlarında da qaza tələbat 3 faiz artacaq.

Son xəbərlər
Digər xəbərlər