Beynəlxalq Enerji Agentliyi (BEA) hesabatında 2026-cı ildə dünyada neft təklifinin artımı üzrə proqnozunu 100 min barel/gün artırıb. Beləliklə, gələn il qlobal neft təklifi 2,5 mln. b/g artaraq 108,7 mln. b/g səviyyəsinə çatacaq.
2025-ci il üzrə BEA dekabr hesabatında açıqlanan proqnozu dəyişməyib. Agentlik 2025-ci ildə neft təklifinin 3,1 mln. b/g artaraq 106,3 mln. b/g olacağını gözləyir.
OPEC+ alyansına daxil olmayan ölkələrin payına 2025-ci ildə 1,8 mln. b/g, 2026-cı ildə isə 1,3 mln. b/g artım düşür. OPEC+ ölkələrinin neft təklifi 2025-ci ildə 1,2 mln. b/g artıb, 2026-cı ildə isə 1,3 mln. b/g daha artaraq 5,4 mln. b/g səviyyəsinə yüksələcək.
BEA qeyd edib ki, dekabr ayında bazarda ümumi neft təklifi ay üzrə 350 min b/g azalaraq 107,4 mln. b/g olub. Bu azalma əsasən Qazaxıstanda və Yaxın Şərqin bəzi OPEC ölkələrində hasilatın azalması ilə bağlıdır. Bununla belə, bu geriləmə Rusiyada hasilatın kəskin bərpası hesabına qismən kompensasiya edilib.







