16 C
Baku
Sunday, November 3, 2024

BEA Avropanı gələn qışa hazırlaşmaq üçün təcili tədbirlər görməyə çağırır

Beynəlxalq Enerji Agentliyi (BEA) Avropanı yeraltı anbarlardakı təbii qaz ehtiyatları ilə bağlı qışa hazırlıq üçün təcili tədbirlər görməyə çağırıb.

Bu barədə BEA-nın məlumatında deyilir.

Bildirilib ki, hazırda Avropada yeraltı qaz anbarları təxminən 95% doludur: “Bu da 5 illik orta göstəricidən düz 5% çoxdur. Amma Avropa 2023-cü ildə yeraltı qaz anbarlarının doldurulması məsələsində əsasən yayda təbii qaz çatışmazlığı ilə üzləşə bilər. Söhbət 30 milyard kubmetr həcmində təbii qazdan gedir. Bu səbəbdən qlobal enerji böhranı şəraitində qaz istehlakını azaltmaq üçün hökumətlər tərəfindən təcili tədbirlər görülməlidir”.

Son xəbərlər
Digər xəbərlər