16.2 C
Baku
Wednesday, May 14, 2025

BEA: Bu il dünyada satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq

2025-ci ilin sonunadək bütün dünyada elektrokar satışları 25 faiz artacaq və satılan hər dördüncü avtomobil elektrik mühərrikli olacaq.

Bu barədə proqnoz Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında yer alıb.

“2024-cü ildə müşahidə edilən artım tempi davam etsə, cari ilin sonunadək dünyada satılan elektrokarların sayının 25 faiz artacağı gözlənilir. 2025-ci ildə satılan hər dörd avtomobildən biri elektrik mühərrikli olacaq. Nəticədə elektrokarların satışı dünya miqyasında pik həddə – 20 milyon ədədə çatacaq”, – deyə proqnozda bildirilir.

Bu ilin ilk rübündə bütün dünyada 4 milyondan çox elektrik avtomobili satılıb ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 35 faiz çoxdur. “Cari ilin ilk üç ayında 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyon ədəd çox elektrik avtomobili satılıb. Satışların təxminən 60 faizi Çində həyata keçirilib”, – deyə sənəddə qeyd olunub.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2024-cü ildə elektrikli avtomobillərin satışı 25 faiz artaraq 17 milyon ədədi ötüb. Bu, öncəki illə müqayisədə 3,5 milyon ədəd çoxdur.

Eyni zamanda, 2024-cü ildə Çin bazarında elektriklə işləyən avtomobillərin satışı 40 faiz artıb. Əgər 2021-ci ildə satılan elektrik avtomobillərinin yarısı Çinin payına düşürdüsə, 2024-cü ildə bu göstərici demək olar ki, üçdə ikiyə yüksəlib. Ötən ilin iyul ayından etibarən ölkədə elektrokarların aylıq satışı adi avtomobillərin satışını üstələyib.

Son xəbərlər
Digər xəbərlər