6 C
Baku
Thursday, February 29, 2024

BEA neftə tələbatın artımına dair proqnozu azaltdı

Beynəlxalq Enerji Agentliyi (BEA) 2021-ci ildə dünya bazarında neftə gündəlik tələbatın artımına dair proqnozunu 0,3 milyon barel azaldaraq 5,5 milyon barel səviyyəsində müəyyənləşdirib.

Qurumun hesabatına görə, dünyada neftə tələbatın gündəlik həcmi də 96,6 milyon barel gözlənilir.

Koronavirusa yoluxmaların artması proqnoz göstəricilərinin azalmasına təkan versə də, irimiqyaslı peyvəndləmə və işgüzar fəaliyyətin artması bu ilin ikinci yarısında neftə tələbatın artmasına təkan verəcək.

Neftə tələbatın artımını əngəlləyəcək amillər arasında bir sıra ölkələrdə lokdaunların tətbiqi göstərilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər