OPEC ölkələrinin 2026-cı ilin aprel ayında neft hasilatı son 35 ilin ən aşağı səviyyəsinə enərək sutkada 20,18 milyon barel təşkil edib. Bu barədə Beynəlxalq Enerji Agentliyinin hesabatında bildirilir.
Eyni zamanda, Qətər də daxil olmaqla Fars körfəzi ölkələrində ümumi neft hasilatı Yaxın Şərqdə münaqişənin başlanmasından bəri sutkada 14,4 milyon barel azalıb ki, bu da 45%-lik geriləmə deməkdir. Apreldə regionun gündəlik hasilatı 17,6 milyon barel səviyyəsində olub.







