16 C
Baku
Saturday, April 20, 2024

Bear Grylls: “Uğursuzluq qapıya bənzəyir, siz sadəcə ondan keçməlisiniz”

Bear Grylls (Edward Michael Bear Grylls) – Böyük Britaniya mənşəli xüsusi təyinatlı şəxs, televiziya aparıcısı və ekstremal səyyahdır. Bu yaxınlarda Londonda keçirilmiş SAP Success Connect forumunda, Bear Grylls öz fikirləri ilə bölüşdü. Bizsizinlə onun çıxışının ən maraqlı hissələrini bölüşürük. 

Mən qəhrəman deyiləm: tez-tez əsəbiləşirəm, mürəkkəb situasiyalara düşürəm, tərəddüd və qorxu hisslərinin nə olduğunu çox yaxşı bilirəm. Şöhrət və qeyri-müəyyənliklə əlaqəli olan hər bir şey bizə baha başa gəlir. Başımıza gələn hər bir hadisə həyatımızda iz qoyur. Məndə üzərimdəki “izləri” saysam qurtarmaz. Həyatda mənə kömək edən bir silah var. Bu, dörd “F” qaydasıdır: failure (uğursuzluq), fear (qorxu) və faith (inam) və fire (alov). 

Günlərin bir günü Uelsdəki Brekon-Bikons dağın yamacında güclü yağışa düşdüm, çox islanmışdım. Həmin an mən özümü çox aciz hiss edirdim, qorxurdum. Bu, SAS xidməti üçün namizədlərin seçilməsinin ilk günü idi. Çoxları bunu bilmirlər, amma həmin gün mən seçilmədim. Mənim cəhdim uğursuz oldu: kifayət qədər çevik deyildim, kifayət qədər ağıllı deyildim, kifayət qədər yaxşı deyildim və bu, acı bir həqiqətdir. Unutmayın ki, məqsədə çatmağın asan və qısa yolu yoxdur. Uğursuzluq qapıya bənzəyir, əgər müvəffəqiyyətli insan olmaq istəyirsinizsə, onu açıb keçməlisiniz. 

Həyatımda uğurlardan çox uğursuzluq görmüşəm. Uğursuz ekspedisiyalar, layihələr, ölümə yaxın olduğum anlar – bəzən bunların hamısını yuxuda görürəm. Uğursuzluqlar mənə müqavimət göstərməyi öyrətdi, onların hesabına daha da güclü oldum. SAS seçimi zamanı Uelsdəki dağ zirvəsindən aşağı enirdik. Yol bataqlıqdan keçirdi, hər kəsin ayaqları şişmişdir və həmin an uzaqda bir neçə hərbi yük maşını gördük. Onların işıqları istirahət və növbəti sınağın başa çatması demək idi. Lakin maşınlara çatanda, onlar mühərrikləri işə salaraq bizi qoyub getdilər. Biz canlı ölülərə bənzəyirdik: çox yorğun və tər içində idik. Həmin an özüm özümə dedim: “Mən sənə dedim axı bu çox axmaq fikirdir!”. Həmin günü altı nəfərin altısı da bir anlıq desant olmaq fikrindən daşındı. Seçim mərhələsinin sonunda yalnız dörd nəfər qalmışdır. Onlardan üçü seçim mərhələsindən yalnız ikinci dəfədən uğurla keçə bilmişdir. Müvəffəqiyyətin açarı uğursuzluqda idi. 

Həyat – bəzən dəhşətli bir şeydir, o sizi hər zaman sınamağa çalışacaq (fiziki, mental, emosional baxımdan). Biz hər birimiz münaqişələrdə iştirak edirik və çox vaxt nəhənglərə qarşı mübarizə aparmalı oluruq. Həyat ağıllı və istedadlı insanları mükafatlandırır. Bizim gözəlliyimiz, təhsilimiz və ya mükafatlar ona maraqlı deyil. Həyat güclüləri, məqsədyönlüləri mükafatlandırır. 

Əsgərlikdən sonra bütün həyatım dəyişdi. Afrikada paraşüt ilə atılma zamanı, demək olar ki, qaranlıqda kupolu açmağa çalışırdım, lakin heç nə alınmadı. Ehtiyat paraşütü üçün artıq çox gec idi və mən aşağıya doğru uçurdum. Sonra isə hospital yadıma gəlir, həkimlər mənim sağalmağım üçün çox çalışdılar. Bu, ağır bir yol idi, aylarla davam edən reabilitasiya idi. Etiraf etməliyəm ki, yüksəklikdən hələ də qorxuram. Lakin bu qorxuya necə cavab verməli olduğumu bilmirəm. Qorxudan qaçmayın. Onunla dost olun, istifadə edin. Qorxuya qalib gəlməyin yeganə yolu – onun birbaşa üstünə getməkdir. 

Əvvəllər tanımadığım insanlar arasında özümü çox narahat hiss edirdim.  Bunun səbəbini bilmirəm, lakin bu tamamilə normaldır. Qorxu həyatımızın ayrılmaz hissəsidir. Deyirlər ki, işıq yalnız çatlaqlardan keçə bilir. 

Bir dəfəsində Barak Obama ilə səyahət etmişəm. Bizə Ağ evdən zəng edib dedilər ki, prezident bizim şouda iştirak edəcək. Biz birinci inanmadıq, lakin sonra gördük ki bu həqiqətən də belədir. Hamı həyəcanlı idi. Prezidenti 66 nəfər müşayiət edirdi. Bütün bunları izləmək möhtəşəm bir şey idi. Obamanın da xoşuna gəldi. O, çox səmimi idi və biz çox gözəl ünsiyyət qurduq. Obama bizə dedi: “Mən ofisdə deyiləm, mənə siyasət haqqında çoxsaylı suallar vermirlər, mən öz ailəm və problemlərim haqda danışa bilərəm. Bu gün mənim prezidentliyimin ən gözəl günlərindən biridir”. 

Heç kim həmişə cəsarətli və ya ağıllı olmur. Bu sadəcə olaraq mümkün deyil. Əgər irəliyə doğru atmaq istədiyiniz addımın hər hansısa mənası və məqsədi olmalıdır. 

Daxili gücünüzü tapmaq üçün, qazmaq lazımdır. Yalnız daxilimizdəki alov, güc hər şeyi dəyişdirməyə qadirdir. Everest dağında keçirtdiyim bir neçə saatı heç vaxt unuda bilməyəcəyəm. Artıq 55 gün idi ki yol gedirdik, çox soyuq və qaranlıq idi. Mən özümü çox halsız hiss edirdim, beynim çox yorulmuşdu. Və həmin anda aşağıya baxdım. Özüm özümə düşündüm: “Bu sənin işin deyil, sən burda olmalı deyilsən, təslim ol”. Daha sonra özüm özümə güc gəlmək üçün təkrar etməyə başladım: “Təslim olma, get”. Daxilimdəki alov, malik olduğum ən dəyərli şey idi. 

İnam bizə kömək edir. Özümüzə inam, başqalarına inam. Mənim atam mənə bir şeyi öyrətdi: heç vaxt təslim olma. O həmişə deyirdi: “Mən səninləyəm. Mənə arxalan, ayağa qalx!”. Biz hər zaman əlimizdən gələni etməliyik. Dünyanın ən hündür dağına çıxandan sonra, möhtəşəm hisslər yaşadım. Külək artıq azalmışdır və mən diz üstə çökdüm. İçimdəki tərəddüd səsini kəsdi. Mən dəqiq bilirəm ki, həyatımın ən çətin anlarında mənə inam kömək etdi. Everest dağına çıxanda, atam hələ sağ idi və mən bu uğuru onunla bölüşə bilmişdim. Mən dağın başından butulkaya bir az qar yığdım və atama gətirdim. 

Mən müharibədə ayağını itirməsinə baxmayaraq, gülməyi bacaran insanlarla dağa çıxmışam. Biz sahib olduğumuz hər bir şeyə görə minnətdar olmalıyıq. Həyatımda düz 21 dəfə ölə bilərdim. Mən bu rəqəm ilə çox da fəxr etmirəm. Başıma gələn hadisələrdən bir neçə dərs götürmüşəm. Birincisi, axmaq olma. İkincisi, sahib olduğun hər şeyə görə minnətdar olmaq lazımdır. Üçüncüsü, mehriban olun. Xeyir hər zaman şərə qalib gəlir və bütün dünyanı dəyişdirə bilir. 

 

Son xəbərlər
Digər xəbərlər