“Apple” şirkətinə məxsus olan “Beats” yeni simsiz qulaqlıqlar – şəffaf korpusda Studio Buds+ modelini təqdim edib. Yenilik mayın 17-də ABŞ, Kanada və Çində satışa çıxıb. Qara, qızılı, fil sümüyü və şəffaf dizaynda olan qulaqlıqların qiyməti 170 dollar təşkil edir.
Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Modeldə mikrafonlar daha böyükdür ki, bu da təkmilləşdirilmiş prosessorla birlikdə daha effektiv şəkildə səs-küyün aradan qaldırılmasını təmin edir. Süni intellektdən istifadə edən səs emalı alqoritmləri isə fondakı səsləri kəsərək, zənglərin keyfiyyətini yaxşılaşdırır.
Aksesuar həm Android, həm iOS cihazlarına uyğun gəlir və IPX4 standartı üzrə qorunub. Bildirilir ki, yenilik bir yükləmə ilə 9 saata qədər işləyə bilir, keys isə aksesuarın avtonomluğunu 36 saata qədər artırır. “Fast Fuel” texnologiyası qulaqcıqları bir saatlıq iş üçün 5 dəqiqəyə yükləməyə imkan verir.