21 C
Baku
Saturday, May 4, 2024

“Bedlam” nədir?

“Bedlam” sözü Betlem Kral Psixiatrik xəstəxanasının adından götürülmüşdür. Xəstəxana Londonda hələ orta əsrlərin əvvəlində yaradılmışdı. Xalq arasında bura “Betlem xəstəxanası” və yaxud sadəcə “Bedlam” adlandırılırdı.

Daha sonradan “bedlam” sözü şərti məna qazanmağa başladı. Bu sözlə anlaşılmazlıq, qarışıqlıq anlayışları ifadə edilirdi ki, bu da ümumilikdə “dəlixanalara” üçün xarakterik idi.

Bedlama bütün İngiltərə ərazisindən psixi pozğunluğu, ruhi xəstəliyi və hər hansı bu növdə narahatlığı olan insanlar gətirilirdi. 1900-cü ildə İngiltərədə Bedlam tipli 100 minə yaxın “müalicə mərkəzləri” tikilmişdi. Onların əksəriyyəti klinikadan daha çox həbsxananı xatırladırdı. Bedlam qalma şərtlərinə görə onlar sırasında ən dəhşətlisi idi.

Bedlamda saxlanılan ruhi xəstələr haqqında ilk xatırlatma 15-ci əsrin əvvəlinə aiddir. Bu zaman Bedlamda 6 ruhi xəstə kişi saxlanılırdı və onlar 11 zəncir və bir neçə qandallar vasitəsilə bağlanılırdılar.

17-ci əsrdə Bedlamda saxlamılan məhbusların sayı sürtlə artır. Burada “müalicə alanlar” yenə də zəncirlənirdilər. Hətta Çarli Çaplinin anası – Hanna Çaplin belə burada saxlanılırdı.

18-ci əsrdə Bedlam turistik məkana çevrilir. Londona ziyarətə gələnlərə ilk növbədə Tower, London körpüsü, şəhər zooparkı, daha sonra isə Bedlam nümayiş etdirilirdi. Bedlamın pasientləri arasında dramaturq Nataniel Li, Oliver Kromvelin şəxsi qulluqçusu, rəssam Riçard Dadd və s.lər var idi.

Bedlam hazırki günə qədər fəaliyyət göstərir. 2008-ci ildə klinikada 89 yerli yeni kospus yaradıldı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər