Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) bankları “yaşıl keçid”i maliyyələşdirmək üçün 200 milyard dollar ayıracaq.
Bu barədə COP28 iqlim toplantısına ev sahibliyi edən BƏƏ-nin Banklar Assosiasiyasının rəhbəri Əbdül Əziz Əl Ghurai İqlim Dəyişikliyi üzrə Konfransın maliyyə mövzusu ilə bağlı müzakirələrində deyib.
“Bu həlledici anda, kommersiya və milli banklarımızın “yaşıl keçid” üçün bir trilyon dirhəmdən (təxminən 200 milyard ABŞ dolları) çox səfərbər etməklə bağlı tarixi öhdəliyini elan etmək mənim üçün böyük şərəfdir”, Banklar Assosiasiyasının rəhbəri Əbdül Əziz Əl Ghurai bəyan edib.