9 C
Baku
Monday, November 18, 2024

BƏƏ-də fəaliyyət göstərən xarici banklara 20 faiz vergi tətbiq edilib

Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktum əmirlikdə fəaliyyət göstərən xarici banklara illik 20 % vergi tətbiqini nəzərdə tutan qanun qəbul edib.

Bu barədə Dubay hökumətinin mətbuat xidməti xəbər yayıb.

Yeni qanun bütün xarici, o cümlədən əmirliyin azad iqtisadi zonalarında qeydiyyatdan keçmiş banklara şamil ediləcək. İstisna Dubay Beynəlxalq Maliyyə Mərkəzində (“Dubai International Financial Centre2) fəaliyyət göstərmək üçün lisenziyası olan banklara aid olacaq.

Xarici bank 2022-ci il tarixli 47 saylı Federal Qanunun müddəalarına uyğun olaraq 9 % korporativ vergiyə cəlb edilərsə, onda onun məbləği vergi öhdəliklərinin ümumi məbləğindən çıxılacaq. Beləliklə, federal korporativ vergi və xarici bank vergisi kumulyativ deyil.

Birinci pozuntuya görə qanun 500 min dirhəmə qədər (136,13 min dollar) cərimə nəzərdə tutur. İki il ərzində təkrar pozuntu halında kredit təşkilatını 1 milyon dirhəmə (272,26 min dollar) qədər cərimə gözləyir.

Qanun rəsmi hökumət qəzetində dərc olunduqdan sonra qüvvəyə minəcək.

Son xəbərlər
Digər xəbərlər