14 C
Baku
Wednesday, April 30, 2025

BƏƏ dirhəmə bağlı yeni steyblkoini işə salır

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) dirhəmə bağlı olan və Mərkəzi Bank tərəfindən tənzimlənən yeni steyblkoinin işə salınması planlaşdırılır. Məlumata görə, layihədə BƏƏ-nin Suveren Sərvət Fondu, “First Abu Dhabi Bank” və investisiya nəhəngi “International Holding” iştirak edir, “Bloomberg” yazır.

İnvestisiyaların həcmi, işə salınma tarixi və digər detallar hələlik məlum deyil.

Layihə iştirakçılarının fikrincə, steyblkoindən “gündəlik ssenarilər üçün etibarlı rəqəmsal valyuta kimi istifadə edilməsi, həmçinin süni intellektlə əlaqəli olan texnoloji layihələrdə” tətbiq edilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin dekabrında BƏƏ Mərkəzi Bankı dirhəmə bağlanmış “AE Coin” steyblkoinin buraxılışını təsdiqləyib. Bu layihələrin əlaqəli olub-olmadığı məlum deyil.

Son xəbərlər
Digər xəbərlər