8 C
Baku
Friday, January 17, 2025

BƏƏ-dən olan iş adamı Azərbaycanda biznes qurur

Birləşmiş Ərəb Əmirliyi kapitallı “Broad Vision” Azərbaycan bazarına daxil olmağa hazırlaşır.

Banker.az xəbər verir ki, şirkət ilkin mərhələdə Azərbaycanda “Broad Vision Advisors” Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib.

“BroadVision” sahibkarlıq subyektləri üçün maliyyə idarəçiliyi, vergi uyğunluğu, biznes texnologiyaları və inkişaf həlləri təqdim edir. Şirkətin əsas fəaliyyət göstərdiyi ölkə BƏƏ-dir. Şirkətin təsisçisi BƏƏ vətəndaşı Mohamed Kamil Əhməd Əlidir (Mohamed Kamil Ahmed Al Ali).

Muhammed Vaqas Akram (Muhammad Waqas Akram) Bakıda təsis edilmiş şirkətin direktoru olacaq.

Şirkətin 15 yanvar 2025-ci il tarixində Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən qeydiyyata götürülüb. Onun nizamnamə kapitalı 100 250 manat olacaq.

Muhammed Vaqas Akram bank təcrübəli şəxsdir. Pakistan Dövlət Bankında sədr müavini olub.

Son xəbərlər
Digər xəbərlər