13 C
Baku
Monday, November 3, 2025

BƏƏ-nin energetika naziri: Dünyaya daha çox enerji lazımdır və bunun üçün yeni sərmayələr vacibdir

Dünyanın enerji tələbatı artmaqda davam edir və bu ehtiyacların qarşılanması üçün sərmayələrə imkan yaradan iqtisadi mühit formalaşdırılmalıdır. Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Suheyl əl-Məzrui ADIPEC konfransında bildirib.

Nazirin sözlərinə görə, gələcəkdə bazarlarda enerji bolluğu gözlənilmir:

“Dünyanın daha çox resursa ehtiyacı olacaq. Bu resurslar arasında daha çox neft, qaz və bərpa olunan enerji olacaq. Biz elə şərait yaratmalıyıq ki, sərmayələr bu istiqamətlərdə davam etsin”, – deyə əl-Məzrui vurğulayıb.

O, həmçinin qeyd edib ki, gələcək sərmayələr üçün müştəri tələbləri ilə qlobal enerji tələbi arasında tarazlıq tapmaq vacibdir.

Nazir əlavə edib ki, süni intellektin və məlumat emalı mərkəzlərinin inkişafı fonunda enerji tələbatı yalnız artacaq.

Son xəbərlər
Digər xəbərlər