13 C
Baku
Friday, November 22, 2024

BƏƏ-nin maliyyə texnologiyaları şirkəti Azərbaycan bazarına daxil olmağı planlaşdırır

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) maliyyə texnologiyaları şirkəti “Haifin” Azərbaycan bazarına daxil olmaq istəyir.

“Haifin” blokçeyn əsaslı faktura yoxlama platformasını yeni bazarlarda tətbiq etməyi planlaşdırır. Platforma dublikat ticarətin maliyyələşdirilməsi sorğularını aşkarlamağa kömək edir.

“Hayfin”in CEO-su Zul Javaid bildirib ki, ötən il 13 BƏƏ bankı platforma vasitəsi ilə 120 milyard dinar (32,7 milyard ABŞ dolları) məbləğində əməliyyatları yoxlayıb.

“Ümumilikdə isə platforma ilə indiyə qədər 200 milyard dinar məbləğində əməliyyat yoxlanılıb. Platforma bankların gözləntilərini aşıb, yüksək məbləğdə təkrarlanan maliyyə sorğularını müəyyənləşdirib. Hazırda, platformanın Oman, Bəhreyn və Səudiyyə Ərəbistanı kimi bazarlarda tətbiqi hədəflənir. Bundan başqa, Pakistan, Azərbaycan, Gürcüstan və Cənubi Afrika ölkələri şirkət üçün potensial bazarlardandır”,- deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər