Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hakimiyyəti humanitar böhranı həll etmək üçün Qəzza zolağında müvəqqəti beynəlxalq missiyanın yaradılmasına dair çağırış edib.
Bu barədə BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Rim bint İbrahim əl-Haşimi bildirib.
Onun sözlərinə görə, Qəzza zolağında təhlükəsizlik və sabitliyə nail olmaq üçün əvvəlcə Fələstin anklavında yeni baş nazirin rəhbərlik edəcəyi Fələstin hökumətinin razılığı ilə fəaliyyət göstərəcək müvəqqəti beynəlxalq missiya yaratmaq lazımdır.
BƏƏ rəsmisi hesab edir ki, missiyanın vəzifələrinə Fələstin anklavında humanitar böhrana reaksiya vermək, asayişi bərpa etmək, eləcə də İordan çayının qərb sahili və Qəzza zolağını birləşdirə biləcək gələcək hökumətin əsaslarının qoyulması daxildir.