6 C
Baku
Wednesday, February 5, 2025

BƏƏ qış turizminin qlobal mərkəzinə çevrilir

Dünya İqtisadi Forumu (DİF) Birləşmiş Ərəb Əmirliklərini turizmin fəal inkişaf etdiyi 20 ən yaxşı ölkələr siyahısına əlavə edib. Qeyd olunub ki, 2024-cü ildə ölkəni 29.2 milyon insan ziyarət edib.

BƏƏ DİF-in reytinqində regional liderliyi qoruyub saxlayıb. 2033-cü ilə qədər turist axınının artaraq, 45.5 milyona çatacağı ehtimal edilir. BƏƏ-də turizmin inkişaf strategiyası qəbul olunub. Hədəf 2031-ci ilə kimi bu sahənin inkişafına 100 milyard dirhəm sərmayə cəlb etmək və turistlərin sayını 40 milyona çatdırmaqdır.

BƏƏ Yaxın Şərqdə turizm sektorunda daha çox gəlir əldə edən 10 qabaqcıl ölkələrdən biridir. Bununla yanaşı, bu ölkədə qış mövsümündə turist axını daha yüksək olur.

Bundan əvvəl BƏƏ “Dünyanın ən möhtəşəm qışı” adlı beşinci kampaniyanı başladıb. Bu kampaniya safaridən tutmuş səhraya, dağ macəralarından düşərgə qurmağa və vadiləri araşdırmağa qədər müxtəlif turizm təkliflərindən bəhs edir.

Turistləri dağlar, səhralar, sahil əraziləri və təbii qoruqlar da daxil olmaqla rəngarəng təbiət gözləyir. Bundan başqa qayaya dırmanma, ziplayn, dəvə gəzintisi və qum təpələrində safari kimi əyləncələr də təklif olunur.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər