7 C
Baku
Thursday, December 5, 2024

BƏƏ şirkəti dekarbonizasiya layihələrinə investisiyanı 23 mlrd.-a çatdıracaq

BƏƏ dövlət enerji şirkəti – “Abu Dhabi National Oil Co.” (ADNOC) dekarbonizasiya layihələrinə investisiyalarını 50%-dən çox artıracaq.

Bu barədə şirkətin məlumatında deyilir.

ADNOC-un Direktorlar Şurası bu məqsədlər üçün büdcənin 23 milyard ABŞ dollarına çatdırılmasını təsdiqləyib.

“Şirkət dekarbonizasiyanı sürətləndirmək, bərpa olunan enerji layihələri və sənayenin 2045-ci ilə qədər karbon neytrallığına doğru hərəkətini dəstəkləyəcək aşağı karbon həlləri hazırlamaq üçün qabaqcıl texnologiyalardan istifadə edəcək”, – məlumatda qeyd olunub.

Daha əvvəl ADNOC 2030-cu ilin sonuna qədər dekarbonizasiya layihələri, texnologiyaları və aşağı karbon həlləri üçün 15 milyard ABŞ dolları xərcləməyi planlaşdırdığını bildirmişdi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər