Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Azərbaycanda nizamnamə kapitalı 50 min manat olan turizm şirkəti yaradıb.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Emirates Tourism” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkət Bakı şəhəri Nərimanov rayonu, Fətəlixan Xoyski pr., ev 106, M. 44 ünvanında qeydiyyata alınıb.
Şirkətin direktoru Mohamed Harıb Salım Almentherı Saeed-dir.