16 C
Baku
Sunday, November 3, 2024

Behnam Qurbanzadə: “Biz Rusiyanı bütün postsovet məkanında mərkəz kimi dəyərləndiririk”

27 fevral “Sberbank”ın Korporativ Universitetində “Rusiya: tərəfdaşlığın təminatçısı” adlı ilk Rusiya İslam İqtisadi Forumu keçiriləcək. Forumda xüsusilə Rusiya Federasiyasında spekülasiya və kredit faizləri, habelə spirtli içki və tütünün maliyyələşdirilməsini qadağan edən İslam bankçılığının inkişafı müzakirə olunacaq. Mənfəət layihədə iştirak payı və ya məhsulun maya dəyəri ilə yekun qiyməti arasındakı fərqin əldə edilməsi hesabına qazanılır. “Sberbank”ın İdarə Heyəti sədrinin müavininin müşaviri Behnam Qurbanzadə “Vestnik Kafkaza”ya verdiyi müsahibəsində Rusiyada İslam bankçılığının inkişaf perspektivləri haqqında danışdı.

– “Sberbank” öz filiallarında İslam bankçılığı pəncərələrini açmaq niyyətindədirmi?

– Hal-hazırda bu istiqamətdə çeçen filialı ilə işləyirik – korporativ məhsulların, habelə əhali üçün məhsulların tətbiqi üzrə strategiya hazırlayırıq. Yeni əmanətlərin, eləcə də kiçik və orta sahibkarlığa fəal şəkildə yatırım etmək və maliyyələşdirilməsinə kömək edəcək alətlərin inkişaf etdirilməsi üzərində işləyirik.

Bundan əlavə, bir sıra çeçen şirkətini beynəlxalq bazarlara çıxartmaq üçün hazırlayırıq. Yəni, biz onları halal standartlarına və bilvasitə BƏƏ, Səudiyyə Ərəbistanı, Oman, Küveyt kimi ölkələrin Rusiya Federasiyasından gələn məhsulların onların müştəri rəflərində olması üçün nəzərdə tutulanan tələblərinə uyğun məhsulların sertifikatlaşdırılması sahəsində konsultasiya edəcəyik.

Düşünürəm ki, bu istiqamətdə Çeçenistan bütün Şimali Qafqaz üçün “pilot” olacaq. Orada bir sıra məhsul və xidməti inkişaf etdirdikdən sonra, bütün bunları İnquşetiya, Dağıstan və digər respublikalarda tətbiq edəcəyik.

– Bu istiqamətdə qonşu respublikalarla, xüsusən də Azərbaycanla əməkdaşlıq edirsinizmi?

– Bildiyim qədər, orada İslam İnkişaf Bankı ilə fəal işlər aparılır. Hökumət qanunvericilik bazasının öyrənilməsi və inkişafı üzərində işləyir. Ümid edirəm ki, bu, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün lazım olan başlanğıc olacaq.

Hazırda biz Rusiyanı bütün postsovet məkanında mərkəz kimi dəyərlədiririk və anlayırıq ki, bu model “işə düşən kimi” Rusiya Federasiyasında fəal şəkildə fəaliyyət göstərəcək, daha sonra keçmiş SSRİ, indiki MDB respublikalarının işində də öz əksini tapacaqdır.

– Nə üçün “Sberbank” bu ideyaya maraq göstərdi?

– Hesab edirəm ki, əsas ideya müştəri loyallığıdır. Hazırda “Sberbank”, necə deyərlər, təlabata uyğun işləyir. “Sberbank” müştərilərin istəklərini kütləvi və ya hər hansı bölgənin təlabatı olmasından asılı olmayaraq, yerinə yetirməyə hazırdır.

Biz bu gün bazarın istənilən tələbini nəzərdən keçiririk və sadəcə bir bank deyil, hər bir müştərimiz üçün partnyor şirkəti olmağa çalışırıq.

Biz Mərkəzi Bankla, Rusiya Bankı ilə işləməyə davam edəcəyik. Orada bizi dinləyirlər, kömək edirlər, bir sözlə, bütün bu prosesin inkişafında iştirak edirlər. Biz artıq ilk nəticələri göstərmişik və gələcəkdə, düşünürəm ki, Mərkəzi Bankdan dəstək alacağıq.

Son xəbərlər
Digər xəbərlər