19 C
Baku
Friday, May 3, 2024

Bek Uizers – nə olursa olsun, sağ qalmaq!

Bek köməksiz halda yıxıldıqda dostları onu ölümə tərk etdilər. Everest dağının ağlasığmaz bir yüksəkliyində soyuq qar üzərində yıxılıb qaldıqda o özündə idi.

Lakin onun bədəni dovurmadan və yorğunluqdan gücsüz halda idi. Bu hadisə 1996-cı ilin may ayında Everest dağında baş vermiş dəhşətli faciə zamanı baş vermişdi və bu zaman 15 insan həlak olmuşdu. Dostları onu ölü hesab edib tərk etdikdən yarım gün sonra o dördüncü baza düşərgəsinə gəlib çıxdıqda heç kim təəccübünü gizlədə bilmədi.

Təhsilini başa vurduqdan sonra Bek Texas ştatında həkim təcrübəsinə başladı. 1996-cı ildə 49 yaşı olduqda isə o Everest dağına yürüş edən çox saylı alpinistlərdən biri idi. Onun tərkibinə daxil olduğu qrupa təcrübəli Yeni zellandiyalı alpinist Rob Hall başçılıq edirdi. Lakin bu təcrübəli alpinistdə həlak olan digər 14 nəfər kimi bu yürüyüşdən sağ qayıtmadı. Ekspedisiya sırf kommersiya xarakteri daşıyırdı və dağın zirvəsinə çatmaq bir çoxları üçün çox vacib məsələ idi.

bekuize

Bu insanlardan biri də Uizers idi. Yürüyüş ərəfəsində güclü fırtına başlandıqda səfəri təxirə salmaq ən yaxşı qərar idi. Lakin insanlar zirvəyə can atırdılar və külək azacıq zəiflədikdə Rob Hall irəli getmək qərarını qəbul etdi. Bu çox səhv qərar idi.

Bek Uizers gözlənilmədən zəif gprməyə başladı – hündürlük və hava onun gözlərinə təsir etməyə başladı. İnanılmaz dərəcədə soyuq idi; oksigen bitirdi və yürüyüş əsl cəhənnəmə çevrilirdi. O gücsüzləşib yıxıldıqda onu olduğu yerdəcə qoyub getdilər. O an insanlar özlərindən başqa kiminsə qayğısına qalacaq halda deyildilər. Qarın üzərində yıxılıb qalmağına və donmağına baxmayaraq Bek hələ nəfəs alırdı. Onun bədəni tam hərəkətsiz idi – o yalnızca kiminsə onu yoxlayıb və “O ölüb” dediyini xatırlayır. Alpinistlər onu burada tərk edib gedirlər. O gözlərini belə qırpa bilməsə də, hələ də yaşamaqda davam edirdi.

Onu daha sonradan “Everest”də tibbi möcüzə adlandırmışdılar. Həkimlər onun yüksək dərəcəli donvurma ilə dağdan necə endiyini heç cür başa düşə bilmirdilər. Bekin dediklərinə görə o özünə demişdir: “Mən ölmək istəmirəm. Mənim ailəm var və onlar haqqında düşünməliyəm”.

O düşərgəyə gəlib çatdıqda ilk olaraq ekspedisiyanın yeganə həkimi Ken Kamlerin çadırına gəlir və deyir: “Salam, Ken! Mən burda harada əyləşə bilərəm? Mənim sığortamı qəbul edə bilərsən?”. Kamler onu gördükdə heyrətdən donub qalmışdı. Çünki düşərgədə artıq hamı onu ölü hesab edirdi.

Donvurma onun bədəninə dəhşətli təsir etmişdi – onun bir əli, burnu və üzü tamamilə ağarmışdı. Lakin buna baxmayaraq, o sağ qalmağı bacarmışdı.

bekuigEvakuasiya əvvəlki kimi mümkün deyildi – çovğun davam edirdi və dağdan bütünlüklə düşmək barədə düşünməyə belə dəyməzdi. Düşərgədə hər kəs onun bu vəziyyətdə hələ də sağ qaldığına təəccüb edirdilər. O gecələr ağrıdan qışqırsa da külək onun səsini batırırdı. Külək bununla yanaşı onun çadırını da qoparıb aparmışdı və o yenə də qarın üzərində qalmalı oldu. Və yenə hər kəs onu ölü hesab etdi. Lakin Krakauer onun hələ də nəfəs aldığını gördü və 12 may tarixində o dördüncü baza düşərgəsindən evakuasiya olunmaq üçün hazır vəziyyətə gətirildi. 2 gün ərzində onu ikinci baza düşərgəsinə qədər düşürdülər və yolun bir hissəsini o sərbəst şəkildə özü getdi. Bundan sonra o xilas etmə xidməti tərəfindən vertolyot ilə evakuasiya olunur.

Bek Uizers sağaldıqdan sonra Everestdə yaşadıqları barədə kitab yazmış və onu “Left For Dead” (“Ölümə tərk edilmiş”) adlandırmışdı. Kitabda o digərləri tərəfindən ölümə tərk edilmiş, sağ qalmaq üçün heç bir ümidi olmayan və həyat şansının yalnız özündən asılı olduğunu dərk edən insanın keçirdiyi hissləri təsvir etmişdir.

Uizers uzun müddət müalicə kursu keçdi. Lakin yüksək dərəcəli donvurma səbəbindən onun burnunu, sağ əlini və sol əlinin bütün barmaqlarını amputasiya etmişdilər.

Ümumilikdə o 15 əməliyyat keçirməli olmuşdu. Bekin bel əzələsindən ona baş barmaq düzəldilmiş, plastik cərrahlar isə onun burnunu bərpa etmişdilər. Hazırda Bek Texas ştatında, Dallasda yaşayır və həkimliklə məşğul olur. Bununla yanaşı o öz ixtisası və alpinizm üzrə mühazirələr deyir. Onun necə sağ qalması sualına isə Bek cavab verir ki, ona Allaha və ailəsinə olan sevgisi kömək etdi.

Son xəbərlər
 ⁠
Digər xəbərlər