25 C
Baku
Saturday, July 27, 2024

Bekhem ukraynalı uşaqlara 1 milyon funt bağışlayıb

İngiltərə yığmasının sabiq futbolçusu Devid Bekhem və onun həyat yoldaşı Viktoriya Bekhem müharibədən əziyyət çəkən ukraynalı uşaqlara yardım məqsədilə UNİCEF-lə birlikdə ianə yığımına start verib.

Hazırda ABŞ-ın “İnter Mayami” klubunun sahibi olan funksioner bu barədə instaqram hesabında bildirib.

Cütlük artıq aksiya üçün ilkin olaraq, 1 milyon funt sterlinq (1,3 milyon ABŞ dolları) ödəyib.

Bekhem hər kəsi onun təşəbbüsünü dəstəkləməyə və Ukraynanın ən kiçik vətəndaşlarına kömək etməyə çağırıb: “Analar uşaqları ilə birlikdə qaçmağa məcbur olur, ailələr dağılırlar. Uşaqları çarpayılarından götürürlər ki, gecə ilə evlərini tərk etsinlər. Ukraynada müharibə ikinci həftəyə uzandığından, ailələrin ehtiyacları kəskinləşir. 7,5 milyon uşaq hazırda təhlükədədir. Bura dava-dərman və ailələrin təhlükəsiz evakuasiyası da daxildir. Buyurun, mənə qoşulun və əlinizdən gələn hər şeyi edin”

MənbəReport
Son xəbərlər
Digər xəbərlər