26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Belarus Aİ-də qeydiyyatdan keçmiş avtomobillərin ölkəyə girişini qadağan edir

Aprelin 16-da gecə yarısından Belarusda Avropa İttifaqında (Aİ) qeydiyyatda olan nəqliyyat vasitələrinin (avtomobil və traktorların) Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən keçirilməsinə qadağa qoyulur.

Qeyd olunur ki, 2022-ci il aprelin 23-dək bu məhdudiyyət aprelin 16-dan əvvəl Belarus ərazisinə daxil olan Aİ-də qeydiyyatdan keçmiş avtomobillərə şamil edilməyəcək.

İstisna olaraq bu cür nəqliyyat vasitələrinin müəyyən maneələr vasitəsilə yük əməliyyatları və daşınması üçün xüsusi ayrılmış yerlərə hərəkətinə icazə veriləcək.

Aİ-də qeydiyyatdan keçmiş poçt və heyvanları daşıyan avtomobillər də məhdudiyyətsiz hərəkət edə biləcək.

 

 

Son xəbərlər
Oxşar xəbərlər