8 C
Baku
Wednesday, October 30, 2024

Belarus avtomobil və smartfon ixracına qadağa qoyub

Belarus 23 sentyabrdan etibarən avtomobillər də daxil olmaqla bir sıra sənaye mallarının ixracına qadağa qoyub. Məhdudiyyətlər Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə də ixrac proseslərinə təsir göstərəcək.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Qadağa Belarus və ya Rusiya mənşəli sertifikatla təsdiq edilən  məhsullara və ya birdəfəlik ixrac lisenziyası olan mallara şamil edilmir. Qayda gələn ilin mart ayına qədər qüvvədə qalacaq.

Xatırladaq ki, aprel ayında Belarus hakimiyyəti qarabaşaq yarması, şəkər, duz, neft və digər məhsulların ixracını məhdudlaşdırıb. Sonra bu qərar bölgələrində qida məhsullarının artması ilə izah edilib.

Son xəbərlər
Digər xəbərlər