-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Belarus Türkiyədə ildə 3 min ədədə yaxın traktor istehsal etməyi planlaşdırır

Аzərbaycan və Belarus Türkiyədə ildə 3 min ədədə qədər traktorun birgə istehsalını təşkil etmək niyyətindədir. Banker.az bildirir ki, bunu “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev deyib.

“Minsk Traktor Zavodu və Gəncə Avtomobil Zavodu Türkiyədə traktor istehsalı və satışı sahəsində birgə fəaliyyət göstərməyi çoxdan planlaşdırır. Biz birinci il 500 ədəddən 1 min ədədədək, ikinci il isə 3 min ədəd traktor istehsal etməyi planlaşdırırıq”, – deyə o, Belarusun STV kanalında efirə gedən “Nedelya” (“Həftə”) proqramında bildirib.

Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç isə birgə əməkdaşlığın strategiyasını daha geniş görür. O hesab edir ki, Azərbaycan və Belarus birgə layihə ilə traktorların ixrac coğrafiyasını genişləndirə bilər. “Bu, İran, Türkiyə, Pakistan və gələcəkdə Hindistandır”, – deyə səfir qeyd edib.

Xəbər verildiyi kimi, avtomobil zavodunun rəhbərliyi Türkiyədə traktorların yığımının təşkilini onların üçüncü ölkələrə ixracı imkanı kimi nəzərdən keçirir. Traktorların yığılmasına 2019-cu İ-ci rübünda başlanıla bilər.

©İnterfaks-Azərbaycandan

Son xəbərlər
Digər xəbərlər