Belarus iyulun 1-dən dekabrın 31-dək Polşa vətəndaşları üçün vizasız rejim tətbiq edir.
Bu barədə Belarusun Dövlət Sərhəd Komitəsi məlumat yayıb.
“Dövlət başçısı mehriban qonşuluq münasibətlərinin qorunması məqsədilə Polşa vətəndaşları üçün müvəqqəti vizasız ölkəyə giriş prosedurunun tətbiqi barədə qərar qəbul edib. Yenilik iyulun 1-i saat 00:00-dan dekabrın 31-i daxil olmaqla, qüvvədə olacaq”, – məlumatda deyilir.
Eyni zamanda, Belarusa vizasız giriş üçün xaricə səyahətlə bağlı etibarlı sənəd, avtomobillə səyahət edərkən yaşıl kart təqdim edilməli, həmçinin tibbi sığorta sənədi olmalıdır. PCR testi və peyvənd sertifikatı tələb olunmur.