Belarus Çin ilə 3,5 milyard yuan (təxminən, 500 milyon ABŞ dolları) məbləğində təcili kredit verilməsi barədə müqavilə imzalayıb.
Bu barədə Belarus Maliyyə Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
Məlumata görə, müqavilə Belarus Maliyyə Nazirliyi və Çin İnkişaf Bankının Şanxay filialı arasında bağlanılıb.
Həmçinin kreditin hər hansı bir layihənin icrası ilə əlaqəli olmadığı və ümumi məqsədlər üçün istifadə ediləcəyi, o cümlədən dövlət borcunun ödənilməsi və xidmət göstərilməsi, Belarusun qızıl və valyuta ehtiyatlarının qorunması, habelə ölkələr arasında ikitərəfli ticarətin inkişafına istiqamətlənəcəyi qeyd olunur.
©Report