Belarus 2023-cü il yanvarın 1-dən neft tranziti tarifinin 39% artırılmasını istəyir və belə bir qərarı ölkə sistemi vasitəsilə yük dövriyyəsinin iki dəfə azalacağını gözləməsi ilə əsaslandırır.
Bu barədə Rusiyanın “Transneft” şirkətinin sözçüsü İqor Demin bildirib.
“Biz belaruslu həmkarlarımızdan müvafiq məktub aldıq, orada onlar gələn ildən öz sistemləri ilə yük dövriyyəsinin 2 dəfə azalacağını əsas gətirərək tarifin 39% artırılmasını istəyirlər”, – İqor Demin qeyd edib.
Bundan əvvəl İqor Demin bildirmişdi ki, “Transneft” 2023-cü ildə Ukrayna ərazisindən “Drujba” neft kəmərləri sistemi vasitəsilə neft tranziti üçün tariflərin artırılması ilə bağlı “Ukrtransnafta”dan məktub alıb.