10 C
Baku
Sunday, December 22, 2024

Belarus Latviyadan bir sıra malların idxalına qadağa qoyub

Belarus Silene avtomobil keçid məntəqəsinin bağlanmasına cavab olaraq Latviyadan bir sıra malların idxalına qadağa qoyub.

Bu barədə Belarus hökumətinin mətbuat xidməti məlumat yayıb.

Hökumət 6 dekabr 2021-ci il tarixli 700 nömrəli qərarı ilə təsdiq edilmiş Belarusa idxalı və satışı qadağan olunan malların siyahısını genişləndirib.

Xüsusilə, göstərilən siyahıya Latviya Respublikasından gələn bəzi mallar daxildir – kofe, mürəbbələr, meyvə jeleləri, marmeladlar, meyvələr, qoz-fındıq, şirələr, sular, pivə, spirtli içkilər və digər fermentləşdirilmiş içkilər, corablar, kərpic, blok və oxşar keramika məmulatları.

Qeyd edək ki, sentyabrın 19-dan Latviya qeyri-qanuni miqrasiya təhlükəsinin qarşısını almaq üçün Belarusla sərhəddə mövcud olan iki sərhəd keçidindən birini – “Silene” (“Belarus tərəfində Urban”) keçidini bağlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər