10 C
Baku
Wednesday, November 13, 2024

Belarus müəssisələrdən əlavə vergi tutacaq

Belarus hökuməti 2018-ci ilə aid mənfəətinin bir hissəsini əlavə vergi kimi məqsədli milli inkişaf büdcəsinə köçürəcək yüksək rentabelli müəssisələrin siyahısını müəyyən edib.

Siyahının əvvəlində “Qomeltransneft Drujba” ASC-nin adı gəlir. Bu müəssisə öz mənfəətindən 18,2 milyon rubl (3.254.540 manat) ayıracaq. İkinci yerdə “BelAZ” holdinqdir – bu müəssisə milli inkişaf büdcəsinə 17,5 milyon rubl (3.129.360 manat) vəsait köçürəcək.

Bu siyahıya Prezident yanında Operativ-Analitik Mərkəz də daxil edilib. Milli inkişaf büdcəsinə ümumilikdə 40-dan artıq müəssisə 55,16 milyon rubl (təxminən 10 milyon manat) vəsait köçürəcək. Bu vəsaitlər dövlətin inkişafının prioritet istiqamətlərinə yönəldiləcək.

©Vergilər.az

Son xəbərlər
Digər xəbərlər