16 C
Baku
Wednesday, October 23, 2024

Belarus ordusu döyüş hazırlığına gətirilir

Rəsmi məlumata görə, yoxlama zamanı hərbi hissə və bölmələr döyüşə hazır vəziyyətə gətirilmə, müəyyən edilmiş ərazilərə marşın keçirilməsi və döyüş hazırlığı tapşırıqlarının yerinə yetirilməsi məsələlərini işləyəcək.

Banker.az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyi hərbi texnikanın hərəkətini və silahlı qüvvələrin tərkibinin mərhələli şəkildə artırılmasını planlaşdırır.

Tədbirlərin məqsədi rəsmi olaraq “ordunun böhran vəziyyətlərin baş verməsinə tez reaksiya verməyə hazır olması”nın qiymətləndirilməsi qeyd olunur.

Mətbuat xidməti qeyd edir ki, yoxlama ordunun hazırlığı və qabiliyyətini qiymətləndirmək üçün keçirilir, o cümlədən Avropa ictimaiyyəti və qonşu ölkələr üçün heç bir təhlükə yaratmır.

Hökumət vətəndaşlara “külli miqdarda hərbi texnikanın” hərəkəti ilə bağlı xəbərdarlıq edib və bununla əlaqədar olaraq avtomobil sürücülərini və qəsəbə sakinlərini diqqətli olmağa çağırıb.

Son xəbərlər
Digər xəbərlər