Belarus Prezidenti Aleksandr Lukaşenko hökuməti buraxıb.
Bu barədə BELTA məlumat yayıb.
Məlumatda deyilir ki, dövlət başçısı hökumətin buraxılması haqqında əmr imzalayıb. Bundan öncə Lukaşenko keçirdiyi iclasda nazirlər kabinetinin tərkibini radikal şəkildə dəyişəcəyi ilə bağlı fikir səsləndirib.
Qeyd edək ki, avqustun 9-da Belarusda növbəti prezident seçkiləri keçiriləcək. Lukaşenko bildirib ki, seçkilər ədalətli olacaq.
Xatırladaq ki, Aleksandr Lukaşenko 1994-cü ildən Belarusa rəhbərlik edir