Belarus prezidenti yaxın vaxtlarda İrana səfər etməyi planlaşdırır

Belarus prezidenti Aleksandr Lukaşenko yaxın vaxtlarda Tehrana səfər etməyi planlaşdırır.

Bu barədə Belarus liderinin İran prezidenti İbrahim Rəisiyə İslam İnqilabının qələbəsinin 44-cü ildönümü münasibətilə göndərdiyi təbrik məktubunun mətnində deyilir.

“Mən yaxın gələcəkdə Tehrana səfər etməyi, ikitərəfli, regional və beynəlxalq gündəlikdəki aktual məsələləri müzakirə etməyi səbirsizliklə gözləyirəm”, – məktubda deyilir.

Son xəbərlər
Digər xəbərlər