18 C
Baku
Monday, September 16, 2024

Belarus Rusiya qazını dünyada ən aşağı qiymətə alacaq

“Belarus 2031-ci ilə qədər Rusiya qazını dünyada ən aşağı qiymətə alacaq”.

Bu barədə “RİA Novosti”yə Belarusun Rusiyadakı səfiri Dmitriy Krutoy bildirib.

Onun sözlərinə görə, belə bir qərarı Rusiya Prezidenti Vladimir Putin qəbul edib: “Vladimir Putinin qərarı var ki, Belarus “Qazprom” ilə 2031-ci ilə qədər uzunmüddətli müqaviləyə əsasən üçüncü ölkələr üçün dünyada ən aşağı qaz qiymətinə malikdir”.

Qeyd olunub ki, dekabr ayına qədər Rusiya və Belarus prezidentlərinə iki ölkə arasında qazın qiymətinin hesablanması düsturunun yaxınlaşması metodologiyası təqdim olunacaq.

Səfir bildirib ki, qaz bazarı üzrə saziş imzalandıqdan az sonra Moskva və Minsk ümumi elektrik enerjisi bazarı haqqında saziş bağlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər