21 C
Baku
Monday, July 22, 2024

Belarus Rusiyadan möhlət istəyir

Belarus Rusiyadan yeni borclar almağı planlaşdırmır, borcun yenidən maliyyələşdirilməsi imkanları müzakirə edilir.

Bu barədə yanvarın 15-də Belarusun maliyyə naziri Yuri Seliverstov “Belarus-1” telekanalına müsahibəsində bildirib.

“Söhbət borclanmanın artırılmasından deyil, artıq mövcud olan borcların yenidən maliyyələşdirilməsindən gedir”

Həmçinin qeyd olunub ki, Belarus Maliyyə Nazirliyi 2023-cü ildə Rusiya ilə birlikdə milliüstü vergi komitəsi yaratmağı planlaşdırır.

Qeyd edək ki, Dünya Bankının 2021-ci il üçün məlumatlarına görə, Belarus Banqladeşi və Hindistanı geridə qoyaraq Rusiyanın ən böyük borclusuna çevrilib. Son bir ildə Minskin Moskvaya borcu 1,9 % artıb, ümumi məbləğ 8.5 milyard dollara çatıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər