Belarus Rusiyadan yeni borclar almağı planlaşdırmır, borcun yenidən maliyyələşdirilməsi imkanları müzakirə edilir.
Bu barədə yanvarın 15-də Belarusun maliyyə naziri Yuri Seliverstov “Belarus-1” telekanalına müsahibəsində bildirib.
“Söhbət borclanmanın artırılmasından deyil, artıq mövcud olan borcların yenidən maliyyələşdirilməsindən gedir”
Həmçinin qeyd olunub ki, Belarus Maliyyə Nazirliyi 2023-cü ildə Rusiya ilə birlikdə milliüstü vergi komitəsi yaratmağı planlaşdırır.
Qeyd edək ki, Dünya Bankının 2021-ci il üçün məlumatlarına görə, Belarus Banqladeşi və Hindistanı geridə qoyaraq Rusiyanın ən böyük borclusuna çevrilib. Son bir ildə Minskin Moskvaya borcu 1,9 % artıb, ümumi məbləğ 8.5 milyard dollara çatıb.