9 C
Baku
Monday, November 18, 2024

Belarus səfiri Pelosiyə görə Ermənistan XİN-ə çağırılıb

Belarus səfiri Aleksandr Konyuk Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, diplomat Belarus xarici işlər naziri Vladimir Makeyin ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri ilə bağlı fikirləri ilə əlaqədar Nazirliyə dəvət olunub.

Belarus səfirinə Makeyin bəyanatı ilə bağlı Ermənistan tərəfinin narahatlığı çatdırılıb.

Qeyd edək ki, Belarusun xarici işlər naziri Vladimir Makey ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərinin mövcud münaqişələri daha da gərginləşdirdiyini bildirib.

Xatırladaq ki, Pelosi sentyabrın 17-dən 19-dək Ermənistanda səfərdə olub.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər