Belarus Rusiyanın Sankt-Peterburq şəhərində 1 iyul tarixinədək Baş konsulluq açacaq.
Bu barədə qərar Belarus hökumətinin elektron portalında dərc edilib.
Məlumatda deyilir ki, Belarus Nazirlər Kabinetinin 23 fevral 2023-cü il tarixli 145 nömrəli qərarına əsasən Sankt-Peterburq şəhərində 1 iyul tarixinədək baş konsulluq açılması nəzərdə tutulub.
Həmçinin qeyd olunub ki, bununla əlaqədar olaraq Belarusun Rusiyadakı səfirliyinin Sankt-Peterburqdakı filialı 1 iyuladək fəaliyyətini dayandıracaq, iyulun 1-dən isə baş konsulluq işə başlayacaq.
Baş konsulluğun açılması və saxlanması Belarus Maliyyə Nazirliyi tərəfindən maliyyələşdiriləcək.