Belarus üçün Azərbaycan nefti ilə dolu tanker Odessa limanına çatıb

Belarusun Mozır neft emalı zavodu üçün nəzərdə tutulmuş Azərbaycan nefti ilə doldurulmuş növbəti tanker dünən axşam saatlarında Ukraynanın Odessa şəhərinin Cənub limanına çatıb.

“İnterfax”a verdiyi məlumata görə, bu barədə Belarusun “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, 85 min ton Azərbaycan nefti ilə doldurulmuş tanker dünən axşam Cənub limanına çatıb: “Bu gün səhər yükün aşırılmasına başlanılıb. Planlaşdırırıq ki, iyulun 10-15-də artıq neft Mozır neft emalı zavoduna çatdırılacaq”.

O bildirib ki, digər tanker neft çatdırılmaları da davam etdirilir.

Xatırladaq ki, ötən həftə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Belarusa yeni partiya Azərbaycan neftini göndərib. İyunun 25-26-da Gürcüstanın Supsa limanından Belarusa növbəti partiya Azərbaycan nefti yola salınıb. Göndərilən Azərbaycan neftinin həcmi 85-90 min ton təşkil edib.

Qeyd edək ki, 2020-ci ildə SOCAR Belarusun “Belneftexim” konserni üçün 1 mln. tona qədər neft nəql etməyi planlaşdırır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları